İyunun 11-də axşam saatlarında leysanla müşayiət olunan hava burulğanı- qasırğa nəticəsində Zaqatala şəhərində və ətraf kəndlərdə fərdi və ictimai tikililərə, elektrik və rabitə xətlərinə, park və xiyabanlara, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəymişdir. Rayon fövqəladə hallar komissiyasının məlumatına əsasən, qasırğa nəticəsində Zaqatala şəhərində 30-a yaxın yaşayış evi və ictimai binanın, o cümlədən humanitar fənlər gimnaziyasının, 5 nömrəli şəhər orta məktəbinin, Dövlət Yol Polisi rayon şöbəsinin diaqnostik mərkəzi binasının dam örtükləri ciddi zədələnmiş, şəhər mədəniyyət və istirahət parkında 70-ə yaxın iri gövdəli ağac aşmış, küçə və meydanlarda ağaclar qırılaraq evlərin dam örtüklərini, minik avtomobillərini zədələmişdi
... Читать дальше »